Dövlət başçısı Mərkəzçi Demokratlar İnternasionalının prezidentini qəbul edib - YENİLƏNİB

Dövlət başçısı Mərkəzçi Demokratlar İnternasionalının prezidentini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 07 dekabr 2016 10:57 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın başçılıq etdiyi, Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario David və Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya, Asiya və Sakit okean regionu üzrə baş koordinatoru Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın Azərbaycana səfərinin səmərəli və maraqlı keçəcəyinə, bu səfərin əməkdaşlığa öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

A. Pastrana qurumun həyata keçirdiyi işlər barədə məlumat verib.

Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

*** 10.57

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 7-də Mərkəzçi Demokratlar İnternasionalının prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR