Qubada iki nəfər yanıq xəsarətləri alıb

Qubada iki nəfər yanıq xəsarətləri alıb
# 25 iyul 2018 21:30 (UTC +04:00)

Quba rayonunda bədbəxt hadisə qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zərqava kəndində baş verib. Suda qaynadılan balonun partlaması nəticəsində iki nəfər müxtəlif yanıq xəsarətləri ilə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlar kənd sakinləri 1984-cü il təvəllüdlü Məhəbbət Qəniyev və 1983-cü il təvəllüdlü Nuranə Babayevadır. Hər iki şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR