Bakının 9-cu sinif şagirdlərinə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Bakının 9-cu sinif şagirdlərinə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanıb
# 22 fevral 2017 13:18 (UTC +04:00)

Martın 5-də keçiriləcək 9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsində iştirak edən şagirdlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanıb. Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Şagirdlər http://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayanlar buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR