Zaxarova: “Ümid edirik ki, Tramp ikitərəfli münasibətlərdə olan böhranı aradan qaldıracaq”

Zaxarova: “Ümid edirik ki, Tramp ikitərəfli münasibətlərdə olan böhranı aradan qaldıracaq”
# 19 yanvar 2017 14:22 (UTC +04:00)

“Rusiya səlahiyyətlərinin icrasına başlayan Donald Trampın ikitərəfli münasibətlərdə olan böhranı aradan qaldıracağına ümid edir”.

APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə deyib.

“Donald Trampın inauqurasiyası ikitərəfli münasibətlərdəki böhranın aradan qaldırılacağına ümid verir. Həmin böhrana əvvəlki administrasiya gətirib çıxarıb. Acınacaqlı nəticələr göz qabağındadır. Münasibətlərimiz “soyuq müharibə” dövrünün səviyyəsinə düşüb. Hətta indi gedən administrasiya münasibətlərimizin təməlini zədələmək istəyir. Hesab edirik ki, Tramp administrasiyası Rusiyanın həmişə hazır olduğu normal dialoqun bərpası məsələsinə müdrik mövqe nümayiş etdirəcək”, - deyə o vurğulayıb.

Obama administrasiyası dövründə ABŞ-ın mütəmadi olaraq beynəlxalq təhlükəsizliyə təhdid yaratdığını deyən M. Zaxarova Rusiyanın ikitərəfli münasibətlərin düzəldilməsi üçün mövcud imkanların boşa verildiyi üçün təəssüf hissi keçirdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR