Bank Of Baku

Yeddi ayda Azərbaycanın Aİ ilə müsbət ticarət saldosu kəskin artıb

Yeddi ayda Azərbaycanın Aİ ilə müsbət ticarət saldosu kəskin artıb
# 16 avqust 2021 13:21 (UTC +04:00)

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 7,495 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 28,8% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın Aİ-yə ixracı 6,230 mlrd. dollar, idxalı isə 1,265 mlrd. dollar təşkil edib. Beləliklə ixrac illik müqayisədə 36,6%, idxal isə 0,7% artıb.

Qeyd edək ki, cari ilin ilk yeddi ayında 4,965 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50,2% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR