Bolton: “Tramp Kim Çen Inla növbəti danışıqlara hazırdır”

Bolton: “Tramp Kim Çen Inla növbəti danışıqlara hazırdır”
# 07 mart 2019 20:27 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla növbəti danışıqlara hazırdır.

ONA-nın xəbərinə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Şimali Koreya rəsmiləri nüvə sövdələşməsi məsələsinə geniş prizmadan baxarsa, Tramp yeni danışıqlara açıq olacaq: “Onlar nüvə, bioloji və kimyəvi silahlarından az bir qismini qurban verməyin əvəzində sanksiya rejiminin çox yumşaldılmasına çalışırlar və bunda israr edirlər. Tramp bu şərtlərlə razı deyil və Kim Çen Inla daha böyük sövdələşməyə ümid edir. Tam nüvəsizləşməyə razılaşsalar, biz Şimali Koreya sakinlərinə parlaq gələcək vəd edirik”.

Qeyd edək ki, ABŞ və Şimali Koreya liderlərinin fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən görüşü nəticəsiz başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR