Meksikada avtobus dərəyə aşıb, 12 nəfər ölüb, 34 nəfər xəsarət alıb

Meksikada avtobus dərəyə aşıb, 12 nəfər ölüb, 34 nəfər xəsarət alıb
# 01 iyun 2015 23:34 (UTC +04:00)

Bakı-APA. Meksikada turistləri daşıyan avtobusun dərəyə aşması nəticəsində 12 nəfər ölüb, 34 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən məlumatına görə, hadisə ölkənin cənubundakı Oaxaka ştatında qeydə alınıb.

Naməlum səbəbdən avtobus idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hazırda hadisə yerində xilasedici tədbirlər həyata keçirilir. Polis qəzanın başvermə səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR