Sanitar çantaları və ilk yardım dəstlərinin idxal gömrük rüsumları iki dəfə azaldılır

Sanitar çantaları və ilk yardım dəstlərinin idxal gömrük rüsumları iki dəfə azaldılır
# 04 dekabr 2017 10:19 (UTC +04:00)

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən sanitar çantaları və ilk yardımın göstərilməsi üçün dəstlərə tətbiq edilən gömrük idxal rüsumları iki dəfə azaldılır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda sanitar çantaları və ilk yardımın göstərilməsi üçün dəstlərə 10 faiz idxal gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən isə sanitar çantaları və ilk yardımın göstərilməsi üçün dəstlərə 10 faiz deyil, 5 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR