Ehtiyatda olan zabit: "Erməni tərəfi işğala son qoymasa, cəbhədə itkiləri daim artacaq"

Ehtiyatda olan zabit: "Erməni tərəfi işğala son qoymasa, cəbhədə itkiləri daim artacaq"
# 18 yanvar 2017 16:34 (UTC +04:00)

“Erməni tərəfi işğala son qoymasa, cəbhədə itkiləri daim artacaq”.

Bu barədə APA-ya cəbhə xəttində ermənilərin itkiləri barədə məlumatları şərh edən hərbi ekspert, keçmiş döyüşçü, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev bildirib.

O qeyd edib ki, qısa müddətdə erməni mətbuatı cəbhə xəttində ermənilərin 3 itkisi barədə məlumat yayıb: “Həmişə olduğu kimi Azərbaycan ordusu yenə də təxribat törədən düşmənə layiqli cavab verərək onu itkilərə məruz qoyub. Ermənilər anlamalıdırlar ki, bu vəziyyət torpaqlarımızın işğalına son qoyulanadək və təxribatlar törədildikcə davam edəcək. Artıq biz bunun şahidiyik, ordumuza güvənirik. Ermənilər də şübhə etməsinlər ki, hər bir əsgərimizin qisası qısa zamanda və artıqlaması ilə alınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR