Masallıda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB

Masallıda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb  - <span style="color: red;">YENİLƏNİB
# 24 noyabr 2016 21:30 (UTC +04:00)

Masallıda yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 24-də axşam saatlarında Masallı-Yardımlı şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələlik açıqlanmayan "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən piyadaları, Cəlilabad rayon sakinləri, 1960-cı il təvəllüdlü Ziyafət Tarverdi oğlu Fərzəliyevi və 1962-ci il təvəllüdlü Nəsimi Əhmədağa oğlu Əhmədovu vurub. Piyadalardan Ziyafət Fərzəliyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, Nəsimi Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəzanı törətmiş sürücü hadisə yerindən qaçsa da, həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaxalanaraq istintaqa cəlb olunub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

***** 19.25

Masallıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, qəza bu gün saat 18.30 radələrində Masallı-Yardımlı şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "Mercedes" markalı minik avtomobili yolun kənarı ilə gedən iki piyadanı vurub. Piyadalardan biri hadisə yerində ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəzanı törətmiş sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisə yerindən qaçmış sürücünün saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR