Azərbaycanla Rusiya arasında Samur çayı üzərində körpünün tikintisi ilə bağlı protokol imzalanıb

Azərbaycanla Rusiya arasında Samur çayı üzərində körpünün tikintisi ilə bağlı protokol imzalanıb
# 18 oktyabr 2017 09:21 (UTC +04:00)

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikintisi məqsədilə iki ölkə arasında protokolun imzalanma mərasimi keçirilib.

APA-nın şimal bürosunun məlumatına görə, protokolu Azərbaycan tərəfdən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiya tərəfdən isə nəqliyyat naziri Maksim Sokolov imzalayıblar.

Bu gün həmçinin körpünün təməlqoyma mərasimi keçiriləcək.

Qeyd edək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabr ayının 13-də imzalanıb.

Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.

Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.

Körpü üç zolaqlı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR