Zimbabvedə prezidentin impiçmentinə hazırlıq görülür

Zimbabvedə prezidentin impiçmentinə hazırlıq görülür
# 17 noyabr 2017 11:13 (UTC +04:00)

Zimbabvenin iqtidar partiyası prezident Robert Muqabenin impiçmentinə dair qətnamə hazırlamaq niyyətindədir.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, partiya təmsilçilərindən biri deyib ki, dövlət başçısı istefa verməkdən imtina etsə, impiçmentinə dair prosesə gələn həftə start veriləcək.

Qeyd edək ki, bir müddət öncə sabiq baş nazir, müxalifət lideri Morqan Tsvanqirai R. Muqabenin ölkənin maraqları naminə istefaya getməsinin zəruri olduğunu bəyan edib. 93 yaşlı R. Muqabe isə hərbçilərlə danışıqlar zamanı istefa verməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR