Gürcüstandan Azərbaycana qanunsuz yolla siqaret keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qanunsuz yolla siqaret keçirilməsinin qarşısı alınıb
# 15 may 2018 07:33 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Vaz 21013" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib və avtomobilin sağ və sol qanadlarının altından 3880 ədəd üzərində "Sakurorta" yazısı olan siqaretlər aşkar edilib

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR