Xaçmazda minik maşını aşıb, sürücü xəsarət alıb - VİDEO

Xaçmazda minik maşını aşıb, sürücü xəsarət alıb - <span style="color: red;">VİDEO
# 25 iyul 2015 10:00 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün səhər saatlarında Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini İsgəndərov Murad Əzizbəy oğlunun idarə etdiyi 99 ET 792 dövlət nömrə nişanlı “Kia cerato” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə sürücü yüngül bədən xəsarətləri alıb. Avtomobilə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR