FAO: Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulmasını dəstəkləyirik

FAO: Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulmasını dəstəkləyirik
# 07 fevral 2018 10:18 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə Azərbaycanda meşə təsərrüfatının inkişafına həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, təşkilat Azərbaycanda dayanıqlı meşə təsərrüfatını qurulmasını dəstəkləyir.

M. Çakmak Qlobal Ekologiya Fondunun maliyyələşdirdiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) həyata keçirdiyi layihə barədə də məlumat verib. O bildirib ki, layihə mövcud meşələrin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır: “Layihə çərçivəsində cəlb ediləcək beynəlxalq və yerli mütəxəssislərin köməyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına meşələrin qiymətləndirilməsi və monitorinqi sisteminin operativləşdirilməsi və s. sahələr üzrə təlim keçiriləcək”.

M Çakmak qeyd edib ki, layihə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası ilə bağlı Paris sazişindən irəli gələn öhdəliklərini icra etməsinə köməklik göstərəcək: “Qeyd etməliyəm ki, Azərbaycan Paris sazişinə qoşulmaqla 2030-cu ilə kimi 1990-cı ilə nisbətdə istilik effekti yaradan qaz tullantılarının 35 faizə qədər azaltmaq öhdəliyini götürüb”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev son illər Azərbaycanda ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O bildirib ki, ölkədə meşələrin ümumi sahəsi 1 milyon 21 min hektardır. Bu isə ölkə ərazisinin 12%-ni təşkil edir.

Tədbir çıxışlarla davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR