Qətər Azərbaycana yeni səfir təyin edib

Qətər Azərbaycana yeni səfir təyin edib
# 29 may 2018 09:25 (UTC +04:00)

Qətər əmri Azərbaycana yeni səfir təyin edib.

APA-nın “Qatar news” agentliyinə istinadən verdiyi xəbərə görə, Qətər dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin sərəncamına əsasən Zayed Saed Rəşid əl Kumait Əl Hayarin (Zayed Saeed Rashid Al Kumait Al Khayareen) Azərbaycanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Qətərin Azərbaycandakı səfiri vəzifəsini Yusif Əl Saainin icra edirdi. 2016-cı ildən Azərbaycanda səfir kimi çalışan Y. Ə. Saainin səlahiyyət müddəti bu il başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR