Bakıda yolu keçən piyadanı motosiklet vurub

Bakıda yolu keçən piyadanı motosiklet vurub
# 29 may 2018 09:40 (UTC +04:00)

Bakıda yolu keçən piyadanı motosiklet vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 26-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini Mirzəli Əliyevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və araşdırmalarla Bakı şəhər sakini M.Əliyevin həmin gün saat 18 radələrində Tbilisi prospektində yolu keçərkən motosikletlə vurulduğu məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin mopedlə törədildiyi müəyyən edilib və qəzanı törədərək hadisə yerindən yayınan nəqliyyat vasitəsini idarə edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Ağa Əzimov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR