Yunanıstanda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 01:30-da qeydə alınan yeraltı təkanların episentri paytaxt Afinadan 166 km cənubda, ocağı 5 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.