Şamaxıda evin qarşısında əl qumbarası partladılıb

Şamaxıda evin qarşısında əl qumbarası partladılıb
# 29 avqust 2017 21:48 (UTC +04:00)

Şamaxı şəhərinin mərkəzində qumbara partladılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Şamaxı şəhərinin Heydər Əliyev prospektindəki 13 saylı fərdi yaşayış evinin qarşısında baş verib. Naməlum şəxs ev sahibi, 1960-cı il təvəllüdlü Fərəcov Raqif Soltan oğlunu küçəyə çağırıb.

Darvazanın döyüldüyün eşidən Raqif Fərəcov evdən çıxarkən qəflətən küçədə partlayış baş verib. Əl qumbarasını darvazanın yanına atan şəxs avtomobilə minərək hadisə yerindən qaçıb.

Hadisə zamanı darvaza əzilsə də, xəsarət alan olmayıb. Partlayıcı qurğunun səs qumbarası olduğu, ona görə də ətrafdakı evlərə, obyektlərə ciddi ziyan vurmadığı, lakin partlayış zamanı güclü səs yarandığından sakinlərin təşvişə düşdüyü bildirilir.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Əl qumbarasını partladan şəxsin kimliyi və hadisənin motivi hələlik məlum deyil. Polis əməkdaşları hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR