ABŞ-ın İstanbuldakı Baş konsulluğunun ərazisinə icazəsiz daxil olan şəxs saxlanılıb

ABŞ-ın İstanbuldakı Baş konsulluğunun ərazisinə icazəsiz daxil olan şəxs saxlanılıb
# 14 iyul 2017 13:14 (UTC +04:00)

ABŞ-ın İstanbuldakı Baş konsulluğunun ərazisinə keçmək istəyən şəxs saxlanılıb.

APA-nın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, əslən Orta Asiya ölkələrinin birindən olan həmin şəxs polis bölməsinə aparılıb.

O, ABŞ Baş konsulluğunun hasarından tullanaraq baxçaya daxil olub. Üzərində silah aşkarlanmayan şəxsin yolu azdığı bildirilir. Baş konsulluğun “Twitter” sosial şəbəkəsindəki hesabında ABŞ vətəndaşlarına diplomatik nümayəndəliyin ərazisinə gəlməmək tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR