ABŞ: Türkiyə İŞİD-in Suriyadakı mövqelərinə beynəlxalq koalisiyadan kənar hava zərbələri endirməyəcək

ABŞ: Türkiyə İŞİD-in Suriyadakı mövqelərinə beynəlxalq koalisiyadan kənar hava zərbələri endirməyəcək
# 14 avqust 2015 05:12 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kibri bildirib.

“Biz koalisiyanın hava əməliyyatlarının təhlükəsizliyini təmin etmək üçün Ankaradan Türkiyənin beynəlxalq antiterror koalisiyasına tam inteqrasiya olanadək İŞİD-in Suriyadakı mövqelərinə koalisiyadan kənar müstəqil şəkildə hava zərbələri endirməməyi təklif etdik. Və türklər bizim təklifimizlə razılaşdı”, deyə Kirbi bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Ankara Türkiyə sərhədlərində İŞİD təhlükəsinin ləğv olunması istiqamətində əməkdaşlığı davam etdirirlər.

Qeyd edək ki, iyulun 20-də Şanlıurfada törədilən qanlı terror aktından sonra Türkiyə beynəlxalq koalisiyanın İŞİD-ə qarşı hava əməliyyatlarında daha fəal iştirak edəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR