Kirayə qaldıqları mənzildən oğurluq edən dəstə üzvlərinə hökm oxunub

Kirayə qaldıqları mənzildən oğurluq edən dəstə üzvlərinə hökm oxunub
# 18 aprel 2017 09:12 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluqda təqsirləndirilən Adil Hacıyev, Ramin Manafov, Ruslan İbadov, Vəfa Qaraşova və Xədicə Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ramin Manafov 10 il, Adil Hacıyev 10 il və Ruslan İbadov 8 il 2 ay, Vəfa Qaraşova 4 il 5 ay, Xədicə Qasımova isə 4 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər zərərçəkmiş Əli Qarayevin Bakı şəhərində yerləşən mənzilində kirayə yaşayıblar. İttihama görə, onlar mənzildən 37 min manatlıq oğurluq ediblər. Onlar həmçinin, Bakı sakininin etibarından sui-istifadə edərək, saxta qızıl girov qoyaraq, onun 3200 manatlıq pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR