Bakıda bağ evindən ağac oğurlayan şəxs həbs edilib

Bakıda bağ evindən ağac oğurlayan şəxs həbs edilib
# 01 iyun 2018 10:11 (UTC +04:00)

Bakıda şam ağacı oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov aprelin 24-dən mayın 2-dək olan müddətdə Nardaran qəsəbəsindəki bağ evinin həyətindən 50 ədəd şam ağacının çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun bağlarda fəhləliklə məşğul olan qəsəbə sakini Əziz Babayev olduğu müəyyən edilib. Oğurlayaraq satmaq üçün öz həyətinə gətirib əkdiyi həmin sayda şam ağacı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Ə.Babayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 30 sutka həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR