Samarada Azərbaycan diasporuna məxsus baza silahlılar tərəfindən hücum və təhdidə məruz qalır

Samarada Azərbaycan diasporuna məxsus baza silahlılar tərəfindən hücum və təhdidə məruz qalır
# 26 iyul 2017 11:29 (UTC +04:00)

Rusiyanın Samara şəhərində Azərbaycan diasporuna məxsus yeni yaradılan meyvə-tərəvəz bazasına mülki geyim əli silahlılar tərəfindən bir neçə dəfə hücum edilib, mühasirəyə alınaraq bağlanması tələb olunub, lakin hadisə itkisiz ötüşüb. Bazanın şəriklərindən, Samara vilayəti “Azərbaycan” Cəmiyyətinin sədri Elmar Rəsulov APA-ya bildirib ki, şəhərin Olimpiyski küçəsində yerləşən bazaya son bir ayda müxtəlif vaxtda 20-ə yaxın naməlum əli avtomatlı şəxslər tərəfindən mühasirəyə alınıb, bazanın bağlanması tələbi ilə fiziiki güc tətbiq edilib.

O qeyd edib ki, danışıqlar yolu ilə silahlı basqın itkisiz ötüşsə də hücum təhdidləri hələ də davam edir.

Bazanın fəaliyyəti üçün bütün rəsmi sənədlərin və icazənin qaydasında olduğunu, rəsmi orqanların müvafiq dəstəyini aldıqlarını bildirən E. Rəsulov deyir ki, vəziyyətlə bağlı rəsmi orqanlara artıq müraciət olunub: “Amma təhlükə hələ də var və hər an burda hər hadisə ola bilər. Bizə təxminən məlumdur ki, bunun arxasında kimlər var. Bu baza burada sırf azərbaycanlılar üçün yaradılıb ki, birliyimiz üçün iqtisadi təməl olsun. Təəssüf ki, Azərbaycan diasporu və buradakı azərbaycanlıların birliyini istəməyənlər bunun arxasındadır. Amma biz istəyirik hər şey sülh yolu ilə olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR