Bakıda fərdi evdə yanğın olub

Bakıda fərdi evdə yanğın olub
# 19 iyul 2017 20:27 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 35 m2 olan mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR