“Mən azərbaycanlıyam” yarışmasının qalibləri mükafatlandırılıb

“Mən azərbaycanlıyam” yarışmasının qalibləri mükafatlandırılıb
# 02 noyabr 2016 13:11 (UTC +04:00)

Azərbaycan dövlət televiziyasında (AzTV) yayımlanan “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının 6-cı mövsümü başa çatıb.

APA-nın xəbərinə görə, bu münasibətlə milli bilik yarışmasının 6-cı mövsümünün qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, yarışmanın keçirilməsində əsas məqsəd gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etməkdir.

Tədbir çıxışlarla davam edib.

Bildirilib ki, “Mən azərbaycanlıyam” milli bilik yarışmasının 6-cı mövsümündə 36 nəfər III yerin, 3 nəfər II yerin, 1 nəfər isə I yerin qalib olub.

Daha sonra qaliblər mükafatlandırılıb.

Tədbir musiqi proqramı ilə davam etdirilib.

”Mən azərbaycanlıyam” milli bilik yarışması Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR