Rusiya XİN başçısı: "ABŞ İdlibdə kimyəvi silahdan istifadə olunmasına dair fakt ortaya qoya bilmir"

Rusiya XİN başçısı: "ABŞ İdlibdə kimyəvi silahdan istifadə olunmasına dair fakt ortaya qoya bilmir"
# 07 aprel 2017 11:07 (UTC +04:00)

ABŞ Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə olunmasına dair hər hansı fakt ortaya qoya bilmir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daşkənddə keçirilən MDB XİN başçıları Şurasının iclasında bildirib.

"Hazırda kimyəvi silahdan istifadə olunmasına dair hər hansı fakt yoxdur. ABŞ ancaq fotolara istinad edib. Yenə də uşaqların fotoları ilə spekulyasiya edilib. Müxtəlif qeyri-hökumət təşkilatlarının fərqli vəziyyətləri səhnələşdirməklə məşğul olan "Ağ dəbilqəlilər" adlandırılan saxtakarların görüntülərinə istinad olunub", - deyə o qeyd edib.

S. Lavrov Moskvanın ABŞ-ın təxribatının geri dönüşü olmayan nəticələrə gətirib çıxarmayacağına ümid etdiyi söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR