ADP parlament seçkilərində iştirakı vacib sayır

 ADP parlament seçkilərində iştirakı vacib sayır
# 27 iyul 2015 12:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, toplantıda ictimai-siyasi vəziyyət və Azərbaycanda keçiriləcək parlament seçkilərində partiyanın iştirakına dair müzakirələr aparılıb.

Toplantıda partiyanın seçkidə iştirakının vacibliyi qeyd olunub. Məsələ ilə əlaqədar müzakirələrin davam etdirilməsi, partiyanın seçkidə iştirak formasının dəqiqləşdirilməsi və mümkün seçki koalisiyasının yaradılması üçün danışıqların aparılması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR