Ağcabədi sakinindən 5 kiloqrama yaxın narkotik götürülüb

Ağcabədi sakinindən 5 kiloqrama yaxın narkotik götürülüb
# 02 noyabr 2016 09:15 (UTC +04:00)

Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Qədir Məmmədov 21,352 qram marixuananı satarkən tutulub.

Onun evinə baxış zamanı isə oradan əlavə olaraq 4 kiloqram 115 qram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR