Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda beynəlxalq konfrans keçirilib - YENİLƏNİB

Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda beynəlxalq konfrans keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 28 noyabr 2017 12:38 (UTC +04:00)

Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut bildirib ki, Azərbaycan müxtəlif millətlərin sülh şəraitində yaşadığı nadir dövlətlərdən biridir.

O qeyd edib ki, Azərbaycanın multikultural ənənələri dünya dövlətləri üçün nümunə ola bilər.

A. Qutun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkünün yaşamasına baxmayaraq, Azərbaycanda heç vaxt antisemitizm müşahidə olmayıb və bu, qürurverici faktdır.

Daha sonra çıxış edən “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə Heyətinin üzvü, tarixçi alim Artur Ağacanov bildirib ki, birgə yaşamanın formulunun axtarışında olan qərb ölkələrindən fərqli olaraq multikulturalizm Azərbaycanda həyat tərzidir. Onun sözlərinə görə, Qarabağ ermənisi kimi azərbaycanlılarla bağlı xoş xatirəyə malikdir və Azərbaycan xalqı hər zaman özünün tolerantlığı, bütün xalqlara hörmətlə yanaşmasına görə tanınıb.

“Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə Heyətinin digər üzvü, ictimai fəal Rima Sarkisova bildirib ki, mədəniyyətlərarası və millətlərarası münasibətlər məsələsi münaqişə ilə üzləşən xalqlar üçün xüsusilə ağrılı məsələdir. O bildirib ki, Dağlıq Qarabağ ətrafında baş verən münaqişə səbəbi ilə vətəni Azərbaycanı tərk etməyə məcbur qalsa da, bu illər ərzində Bakıda yaşamış qohumları və dostları ilə daim əlaqə saxlayıb. O, Azərbaycanda etnik və dini tolerantlığa heyran olduğunu əlavə edib.

Tədbirdə çıxış edən Əsir və itkin düşmüş və girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov da Azərbaycanda qədim dövrdən bu günə kimi tolerantlıq mühitin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə apardığı işlər təqdirəlayiqdir: “Multikultural dəyərlərin əksi terrordur. Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, lakin ölkəmiz multikultural dəyərləri qoruyur. Ermənistanda isə ksenofobiya, ayrı-seçkilik kimi xüsusiyyətlər mövcuddur. Bu da həm bölgə, həm də bütün bəşəriyyətə təhlükədir”.

Tədbir çıxışlarla davam edib.

***

11.48

Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın məlumatına görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov tədbirdə bildirib ki, Azərbaycanda milli və dini dözümlülüyün olması faktdır, bu, Azərbaycan xalqının güc mənbəyidir.

O qeyd edib ki, Azərbaycan insan hüquq və azadlıqlarının, mutlikultural dəyərlərin qorunduğu, xalqların sülh və harmoniya şəraitində yaşadığı ölkədir: "Hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Azərbaycan 10 minlərlə erməniyə qarşı tolerant yanaşır. Mutikulturalizm Azərbaycanda dövlət siyasətidir".

Daha sonra çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov bildirib ki, Azərbaycan multikulturalizmin dövlət siyasəti olduğu nadir dövlətlərdəndir: "Multikulturalizmin ölkənin daxili siyasətində mövcud olması xarici siyasətdə də təzahür edir. Bu, ölkənin beynəlxalq hüququn prinsiplərinə uyğun, sülhyönümlü olmasına şərait yaradır".

Tədbir davam edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR