Gürcüstanda İran vətəndaşına qarşı dələduzluq edən erməni qadın saxlanılıb

Gürcüstanda İran vətəndaşına qarşı dələduzluq edən erməni qadın saxlanılıb
# 07 iyul 2018 10:12 (UTC +04:00)

Gürcüstanın ermənilərin sıx yaşadığı Axaltsixe rayonunda İran vətəndaşına qarşı dələduzluq edən qadın saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü qadın özünü Baş prokurorluğun əməkdaşı kimi təqdim edərək İran vətəndaşından cinayət əməlinə görə cərimə olaraq 500 lari (204 dollar) məbləğində pul alıb.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR