"ExpressBank"ın kredit portfeli 17% azalıb

"ExpressBank"ın kredit portfeli 17% azalıb
# 18 iyul 2017 10:14 (UTC +04:00)

"ExpressBank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin II rübündə 280,085 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,24% azdır.

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə kredit portfeli 16,96% azalaraq 167,864 mln. manat olub.

"ExpressBank"ın depozit portfeli hesabat dövrü ərzində 38,7% artaraq 106,772 mln. manata çatıb. Bankın öhdəlikləri 4,92% azalaraq 136,404 mln. manat təşkil edib.

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 137,257 mln. manat olub. Bununla yanaşı, bankın məcmu kapitalı 7,46% artaraq 143,681 mln. manata çatıb.

Bank ilin ilk yarısını 1,78 mln. min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR