Zelenski Dövlət Təhqiqat Bürosunun direktorunu vəzifəsindən azad edib

Zelenski Dövlət Təhqiqat Bürosunun direktorunu vəzifəsindən azad edib
# 27 dekabr 2019 13:44 (UTC +04:00)

Ukrayna Dövlət Təhqiqat Bürosunun direktoru Roman Trubanı vəzifəsindən azad edilib.

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq sərəncam imzalayıb.

Prezidentin digər qərarı ilə İrina Venediktova quruma müvəqqəti direktor təyin olunub.

Qeyd edək ki, Bu təyinata qədər İ. Venediktova Ali Radanın Hüquq Siyasəti Komitəsinə rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR