“Uşaq hüquqları: inkişaf və perspektivlər” mövzusunda tədbir keçirilib

“Uşaq hüquqları: inkişaf və perspektivlər” mövzusunda tədbir keçirilib
# 23 dekabr 2016 08:52 (UTC +04:00)

Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş "Uşaq hüquqları: inkişaf və perspektivlər" mövzusunda tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan hökuməti uşaqlar üçün yaradılan imkanları genişləndirir: “Biz çox istəyirik ki, uşaqlar sosial həyatda daha fəal iştirak etsinlər. Uşaqların imkanlarının reallaşması üçün müasir tipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir, təmir edilir. Uşaqlar görülən işlərə adekvat cavab verməli, bilik və bacarıqlarını artırmalıdırlar”.

H. Hüseynova əlavə edib ki, neqativ halların qarşısının alınması üçün ilk olaraq maarifləndirmə işləri daha da gücləndirilməlidir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması daim diqqət mərkəzindədir. İcra başçısı qeyd edib ki, uşaqların cəmiyyətə inteqrasiyasında, düzgün həyat tərzinin formalaşmasında belə tədbirlərin böyük əhəmiyyəti var.

Tədbirdə uşaq iştirakçılığına dair il ərzində təşkil edilmiş tədbirlərə dair təqdimat nümayiş etdirilib.

İl ərzində uğurlu fəaliyyətinə görə seçilən uşaqlar mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR