Misirdə avtobus aşıb, 14 nəfər ölüb

Misirdə avtobus aşıb, 14 nəfər ölüb
# 29 avqust 2017 10:16 (UTC +04:00)

Misirin paytaxtı Qahirədə 14 nəfərin ölümü ilə nəticələnən avtobus qəzası baş verib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Misirin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Hadisə el-Minya magistral yolunda baş verib. İçərisində sərnişinlər olan avtobus yük avtomobili ilə toqquşub və zərbə nəticəsində hər iki nəqliyyat vasitəsi körpüdən aşıb. Hadisə nəticəsində 14 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR