Ukrayna ilə qondarma Donetsk və Luqansk respublikaları arasında saxlanılan şəxslərin mübadiləsi başa çatıb

Ukrayna ilə qondarma Donetsk və Luqansk respublikaları arasında saxlanılan şəxslərin mübadiləsi başa çatıb
# 29 dekabr 2019 18:26 (UTC +04:00)

Ukrayna ilə qondarma Luqansk və Donetsk xalq respublikaları arasında saxlanılan şəxslərin mübadiləsi başa çatıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Saxlanılan şəxslərin qarşılıqlı azad olunması prosesi başa çatdı. 76 nəfər Ukraynanın nəzarətində olan ərazidə təhlükəsiz şəraitdədir. Daha sonra təfərrüat açıqlanacaq”, - deyə məlumatda bildirilib.

İlkin məlumata görə, Ukrayna tərəfi 123 şəxsi sərbəst buraxıb, onların 60-ı Donbasa, 63-ü isə Luqanska təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR