Neftçilər prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Neftçilər prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır
# 30 mart 2017 13:06 (UTC +04:00)

Bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.


"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR