Nabranda yol hərəkəti qaydalarını pozan 58 sürücü cəzalandırılıb

Nabranda yol hərəkəti qaydalarını pozan 58 sürücü cəzalandırılıb
# 14 avqust 2017 09:36 (UTC +04:00)

Xaçmaz rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran qəsəbəsi ərazisində reyd keçiriblər. APA-nın şimal bürosuna verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 58 sürücü barəsində protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb.

Avtomobili sərxoş vəziyyətdə idarə edən 3, əlavə avadanlıq quraşdıran 2, ötmə qaydalarını pozan 10 sürücü saxlanılıb.

Bu kimi reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR