Rusiya DİN jurnalist Ülviyyə Şamilqızının avtomobil qəzasında ölməsi barədə məlumat yayıb

Rusiya DİN jurnalist Ülviyyə Şamilqızının avtomobil qəzasında ölməsi barədə məlumat yayıb
# 24 yanvar 2018 11:02 (UTC +04:00)

Rusiya Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının ötən gün Həştərxanda avtomobil qəzasında ölməsi barədə rəsmi məlumat yayıb.

APA-nın xəbərinə görə, Rusiya DİN-in Həştərxan vilayəti üzrə idarəsinin məlumatında bildirilir ki, ötən gün yerli vaxtla saat 18.20-də Həştərxan şəhərində 30 yaşlı sürücünün idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil yolun hərəkət hissəsinin piyada zolağından keçən, Həştərxan universitetlərindən birində təhsil alan 1986-cı il təvəllüdlü tələbə qızı vurub.

Azərbaycanlı tələbə aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Həştərxanın 1 nömrəli Yol-patrul xidmətinin xüsusi batalyonunun əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

Qeyd edək ki, hadisədə ölən Ü. Şamilqızı Azərbaycanın müxtəlif media qurumlarında çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR