® “AXA MBASK” Qazananlar Klubu İstanbulda toplanıb

<font color=red>® </font> “AXA MBASK” Qazananlar Klubu İstanbulda toplanıb
# 18 aprel 2017 07:37 (UTC +04:00)

AXA MBASK Sığorta Şirkətinin 2016-cı ilin yekunlarına görə ən yüksək satış nəticələri göstərmiş sığorta agentləri, İdarə Heyətinin üzvləri və şirkətin əməkdaşları ilə birlikdə İstanbula səyahət ediblər.

3 günlük səfər əsnasında, agentlər şəhərin müxtəlif tarixi yerlərini ziyarət edib, “AXA Sığorta”nın Baş Ofisində sığorta bazarının imkanları və cari problemlərinə həsr olunan işgüzar görüşlər də keçirdiblər.

Görüşlərdə “AXA MBASK” və “AXA Sığorta” sirkətlərinin rəhbərliyi, agentliklər şəbəkəsinin genişləndirilməsini, könüllü və icbari sığorta növlərinin satış həcmlərinin artırılmasına yönəldilmiş plan və strategiyaları, müştəriyə təqdim edilən xidmətin keyfiyyətini artırılması, habelə əməliyyat proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmasına dair sığorta agentlərinin təklifləri və layihələrini agentlərlə müzakirə edib, öz təcrübələri ilə bölüşüblər.

“AXA Qrup”un Qlobal strategiyasına uyğun olaraq, şirkətin illik gəlirin müəyyən hissəsi agentlərin inkişafına və motivasiyasına sərf olunur.

Bunun əsasında, şirkətdə, sığorta agentləri ilə münasibətlərin inkişaf etdirilməsi çərçivəsində ən effektiv motivasiya amillərini özündə birləşdirən, unikal bir motivasiya sistemi işlənib hazırlanıb. “AXA MBASK Qazananlar Klubunun” iclasları məhz həmin proqramın tərkib hissəsidir.

“Qazananlar Klubunun” iclasları hər il müxtəlif ölkələrdə keçirilir. Bu günə kimi Klub, Türkiyədən başqa, Şimali Kiprdə, Gürcüstanda və BƏƏ-də yığılıb. Növbəti yığıncaqların da xarici ölkələrdə keçirilməsi nəzərdə tutulub. Satışların 70%-dən artıq sığorta agentləri vasitəsi həyata keçirən AXA MBASK, sahibkarlıq prinsipinə uyğun olaraq öz portfelini quran sığorta agentlikləri şəbəkəsinə dəstək verməyə davam edir. Hal-hazırda, bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 100-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

Bu ildən başlayaraq isə, AXA MBASK Sığorta Şirkəti Azərbaycanda qadın sahibkarlığına dəstək verilməsi və onun inkişaf etdirilməsi məqsədilə, "Xanım agentlər" adlanan və yalnız qadınlar üçün nəzərdə tutulan yeni layihəyə başlayıb. Bu layihə çərçivəsində AXA MBASK sığorta fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara şirkətin brendi altında sığorta agentliyi açaraq öz bizneslərinə eksklüziv şərtlər ilə başlamaq imkanı təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR