İran XİN rəhbəri: "Pompeonun açıqlamaları məntiqsiz və əhəmiyyətsizdir"

İran XİN rəhbəri: "Pompeonun açıqlamaları məntiqsiz və əhəmiyyətsizdir"
# 23 may 2018 13:23 (UTC +04:00)

“ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamaları məntiqsizdir”.

APA-nın xəbərinə görə, bunu İran xarici işlər naziri Cavad Zərif dövlət televiziyasına açıqlamasında deyib.

C. Zərif ABŞ siyasətinin fitnəkar qrupların təzyiqi altında olduğunu bildirib, ABŞ heyətinin dəfələrlə sazişin icrası istiqamətində bəhanələr uyduraraq problem yaratdığını deyib.

XİN rəhbəri ABŞ-ın nüvə sazişindən çıxmasının sənədlə bağlı keçiriləcək görüşlərə müsbət təsir göstərəcəyini də vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ dövlət katibi M. Pompeo ölkəsinin İrana qarşı şərtlərini açıqlayıb. O, İrana bu vaxtadək görülməyən maliyyə təzyiqi ediləcəyini bildirib. Şərtlər arasında nüvə silahı istehsalının dayandırılması, uranın zənginləşdirilməsindən imtina, həbsdə olan ABŞ vətəndaşlarının azad edilməsi, İraqın ərazi bütövlüyünə hörmət, husilərə dəstəyə son qoyulması da daxildir. M. Pompeo İran xalqının hökumətə qarşı çıxaraq bu yolu seçəcəyinə inandığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR