Ucar rayon sakini xalasını bıçaqlayıb - VİDEO

Ucar rayon sakini xalasını bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 20 avqust 2015 08:41 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaracallı kəndində qeydə alınıb. Kənd sakini 29 yaşlı Abdulrəhmanov Ruslan Mövlud oğlu xalası 50 yaşlı Qafarova Məlahət Zeynal qızını bıçaqlayıb. Qarın nahiyəsindən çoxsaylı bıçaq zərbəsi almış M. Qafarova təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunub. Həkimlər yaralının vəziyyətini son dərəcə ağır qiymətləndirir.

R. Abulrəhmanov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

İlkin məlumata görə, hadisəyə səbəb M. Qafarovanın falçılıq etməsi, vəhhabi olan R. Abulrəhmanovun isə buna qarşı çıxmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR