Quldurluqda təqsirləndirilən şəxslər məhkəmə zalında həbs olunub

Quldurluqda təqsirləndirilən şəxslər məhkəmə zalında həbs olunub
# 09 avqust 2017 09:33 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İqor Zubov və Alevtin Potatovun məhkəməsi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, onların hər biri 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs ediliblər.

Qeyd edək ki, istintaq və məhkəmə dövründə onların barəsində həbs qərarı seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR