BFB-nin dövriyyəsi 2,4 dəfə artıb

BFB-nin dövriyyəsi 2,4 dəfə artıb
# 06 iyul 2017 14:01 (UTC +04:00)

2017-ci ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,35 dəfə artaraq 4 mlrd. 363 mln. 324 min 771,36 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 6 ayda dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 4,27 dəfə artaraq 1 mlrd. 106 mln. 388 min 681 manat təşkil edib.

Hesabat dövründə pay bazarında və borc alətləri bazarında isə ciddi artım qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 101 dəfə artaraq 650,493 mln. manata, borc alətləri bazarı 10,4 dəfə artaraq 394 mln. 957 min 45 manata yüksəlib.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçandır. Ötən ilin ilk 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 41,67% artaraq 2 mlrd. 199,909 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR