Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayıb

Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayıb
# 28 fevral 2019 17:14 (UTC +04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

ONA-nın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Prosesdə məlum olub ki, Əli Ağami apellyasiya şikayəti verməyib.

Məhkəmə baxışı martın 11-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Müğənni Fədayə Laçın isə 5 il müddətinə azadlıqdan məhrum olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR