Ziddiyyətli xəbərlər neftin qiymətini stabil saxlayıb

Ziddiyyətli xəbərlər neftin qiymətini stabil saxlayıb
# 18 iyul 2017 08:38 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,07% artaraq 46,02 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,06 dollar və ya 0,12% artaraq 48,48 dollar olub.

ABŞ və Liviyada hasilatın artması neftin qiyməti təzyiq altında saxlayır. Digər tərəfdən, qlobal səviyyədə tələbin artım dinamikası nümayiş etdirməsi treyderləri tərəddüd içində saxlayır.

ABŞ-ın Energetika Nazirliyinin proqnozuna əsasən, avqustda ötən ayla müqayisədə ölkə üzrə sutkalıq hasilat 113 min barrel artaraq rekord səviyyə olan 5,585 mln. barrelə çatacaq. Bu gözləntilər özünü doğruldarsa, ABŞ-da neft hasilatı ardıcıl 8 ay artım nümayiş etdirəcək.

Buna baxmayaraq, "S&P Global Platts" tərəfindən keçirilən sorğuda iştirak edən analitiklərin konsensus-proqnozu onu deməyə əsas verir ki, ötən həftə ABŞ-da kommersiya ehtiyatları 3 mln. barrel azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR