Azərbaycan yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan miqrantlara güzəşt tətbiq edib

Azərbaycan yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan miqrantlara güzəşt tətbiq edib
# 04 dekabr 2019 17:29 (UTC +04:00)

Dövlət Miqrasiya Xidmətinin Kollegiyası “Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik dekabrın 3-dən qüvvəyə minib.

Beləliklə, indiyə qədər 18 yaşına çatmamış əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin hər birinin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə müsahibə keçirilib.

Dəyişikliyə əsasən, bundan sonra yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilər də istisna olacaq. Yəni yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilər Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə müsahibəə cəlb olunmayacaq.

İndiyə qədər Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciəti qeydə alınmış əcnəbiyə onun Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə keçiriləcək müsahibə barədə (müsahibənin vaxtı, keçiriləcəyi yer və s şifahi və ya yazılı qaydada məlumat verilib. Bundan sonra isə Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciəti qeydə alınmış əcnəbiyə onun Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə keçiriləcək müsahibə barədə (müsahibənin vaxtı, keçiriləcəyi yer və s.) “Dövlət rüsumu haqqında” qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddət nəzərə alınmaqla onların müraciətindən on gün sonra şifahi və ya yazılı qaydada məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR