Tehranda İran-Aİ danışıqlarının növbəti raundu başlayıb

Tehranda İran-Aİ danışıqlarının növbəti raundu başlayıb
# 20 noyabr 2017 16:27 (UTC +04:00)

Tehranda İran-Avropa İttifaqı danışıqlarının növbəti raundu başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran xarici işlər nazirinin müavini Abbas Əraqçi və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin birinci müavini Helqa Şmitin iştirak etdiyi danışıqlarda iqtisadi, siyasi, energetika, nüvə, neft-qaz, ekologiya, nəqliyyat və insan haqları kimi sahələrdə əməkdaşlıq, o cümlədən regionda baş verən dəyişikliklər barədə müzakirələr aparılacaq.

Görüş çərçivəsində həmçinin “Nüvə əməkdaşlığı; inkişaf və perspektivlər” adlı birgə seminar keçiriləcək. Seminar İsfahan Nüvə Mərkəzində noyabrın 22-23-də baş tutacaq. Seminarda İran Xarici işlər nazirinin müavini Abbas Əraqçi və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin birinci müavini Helqa Şmit iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR