Gəncədə kafedə dava olub, xəsarət alan var

Gəncədə kafedə dava olub, xəsarət alan var
# 30 noyabr 2017 00:14 (UTC +04:00)

Gəncə sakini dava zamanı xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhərin Heydər Əliyev prospektində olan kafelərin birində baş verən dava zamanı şəhər sakini, 1979-cu il təvəllüdlü Qurbanov Fuad Ramiz oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR