Kosta Rika XİN rəhbəri: "Azərbaycanla strateji tərəfdaş olmaq istəyirik"

Kosta Rika XİN rəhbəri: "Azərbaycanla strateji tərəfdaş olmaq istəyirik"
# 29 noyabr 2017 14:20 (UTC +04:00)

"Azərbaycanla diplomatik münasibətlərimizin 25 il əvvəl qurulmasına baxmayaraq, biz ikitərəfli əlaqələrimizi son zamanlar sürətləndirmişik".

APA-nın məlumatına görə, bu sözləri Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sans deyib. O bildirib ki, ölkəsi Azərbaycanın strateji tərəfdaşı olmasını istəyir: "Biz Azərbaycanın da Kosta Rika haqqında eyni cür düşünməsini arzu edirik. Biz insanlararası münasibətləri inkişaf etdirməliyik. Hökumətlərarası münasibətlərimiz çox yaxşı vəziyyətdədir. Hazırda isə insanlar, ticarət, özəl sektor bu siyasi münasibətlərin yaratdığı mühitdən istifadə edə biləcəklər. Ümid edirəm ki, tezliklə Azərbaycanın da Kosta Rikada səfirliyi açılacaq. Biz ilk Mərkəzi Amerika ölkəsiyik ki, Azərbaycanda səfirlik açırıq".

Nazir qeyd edib ki, iki ölkə arasında ticarət sahəsində əlaqələri inkişaf etdirmək üçün böyük potensial var: "Kosta Rika açıq ölkədir. Biz siyasi, sosial və ticarət baxımından stabil ölkəyik. Biz Latın Amerikasında mövcud olan ən uzunmüddətli demokratiyalardan biriyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR